ABŞ prezidenti Donald Trampın özəl limuzini test yürüşündə görüntülənib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq təhlükəsizlik sirri səbəbinə görə texniki göstəriciləri açıqlanmayan "Canavar adlı Cadillac limuzin yaxın müddətdə prezidentin istifadəsinə veriləcək. Onun xidmətində çox sayda avtomobil var. Keçmiş prezident Barak Obamanın 2009-cu ildə görüntülənən avtomobilləri də bu markadan olub.

"General Motorsun istehsal etdiyi avtomobil yol testlərində, gizli saxlanılan detallar kamufilyaj edilib.ABŞ Təhlükəsizlik Xidməti ilə 15,8 milyon dollarlıq müqavilə qarşılığında özəl hazırlanan zirehli xidməti avtomobili "Cadillacın prezidenti Johann De Nysschen özü müştəriyə təqdim edib. Zirehli avtomobil ballistik silahlardan, yol tipli bombalardan, güllə keçirməyən şinlərlə kimyəvi və bioloji hücumlara qarşı mühafizə olunub.