Ağstafa rayonunda yol qəzası baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, Ağstafada baş verən ağır yol qəzasında xəsarət alanların sayı 5-ə çatıb.

İqbal Novruzovun idarə etdiyi "VAZ" markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü İ.Novruzov və avtomobildə olan sərnişinlər, onun ailə üzvləriDünyamin Novruzov, Aytən Novruzova və iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, İqbal Novruzov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırmalara başlanılıb.