Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi haqqında qərar verib.

Unikal.org xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri əqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Kollegiyanın üzvləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Qəribov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Sevinc Hacıyeva, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov təsdiqlənib.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.