Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü şəhər sakini Rüstəmova Günay Əlimərdan qızı Stansiya Sumqayıt yaşayış massivində özünü yaşadığı evin damından ataraq intihara cəhd edib.

Sumqayıt şəhər TTYX-ya çatdırılan qadının vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.