Qəbirlərin üstündə nərdivanlar var. Bu ənənə kəndə qonaq gələnlərin diqqətini çəkir.
Unikal.org bildirir ki, İsmayıllı rayonun qədim kəndlərindən biri, Diyallıda 2153 sakin yaşayır. Kəndin özünəməxsus qədim bir ənənəsi var. qəbirstanlıqda qəbirlərin üzərinə nərdivan qoyurlar. Əslində Diyallı kəndində dünyasını dəyişən şəxs olarsa, bələdiyyə tərəfindən standartlara uyğun düzəldilmiş tabutlar verilir. Lakin insanlar keçmişdən bu günədək quru ağac materiallarından nərdivan formasında hazırlanmış tabutlara üstünlük verirlər.
Kənd sakinlərinin sözlərinə görə, əzizləri dünyasını dəyişəndə onu qəbiristanlığa aparmaq üçün əldə düzəldilən belə yüngül vasitədən istifadə edirlər. Nərdivan formasında olan bu agaclar da elə qəbrin üstünə qoyulur.
Adətə görə qəbrin üstünə əgər məzar daşı qoyularsa o zaman həmin nərdivan formasindakı tabut həmişəlik məzarın yanına qalır. Qəbir üstü torpaqlı qalırsa nərdivan da qəbrin üstündə çürüyüb yox olur.