Paytaxtda bir kvadratmetri 15 minə torpaq satılır. Bu o deməkdir ki, 10 sot torpaq həmin yerdə 15 milyon manatdır. Əmlak ekspertləri bu torpaqların harda olduğunu açıqlayıblar.

Unikal.org xəzərxəbər-ə istinadən məlumat verir ki, bəzən elan saytlarında bir kvadratmetri 10-15 min manata torpaq sahəsi satılır elanlarına rast gəlinir. Adətən sotla satılan torpaqların kvadratmetrlə satılması daha çox şəhərin mərkəzi yerlərinə aid torpaqlara şamil edilir. Ekspertlər bildirirlər ki, belə elanlar olsa da bu real bazar tələbi ilə üst-üstə düşmür.

Ekspert Nofəl Quliyev bildirir ki, kvadratmetrlə torpaq satışı ancaq elit yerlərdə ticarət mərkəzlərində olan sahələrə aiddir. Belə yerlərdə bir kvadratmetr ərazi 5 min manat təklif olunur.

Onu da qeyd edək ki, hazırda ən bahalı torpaq satılan ərazilər Nərimanov rayonunda, Badamdar Qəsəbəsində və Səbail rayonunun bəzi ərazilərindədir. Bu yerlərdə torpağın bir sotunun qiyməti 200-300 min manat arasında dəyişir.