Penitensiar müəssisələrdə, müvəqqəti saxlama yerlərində dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin dəvət olunması təklif edilir.

Unikal.org xəbər verir ki,  bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əks olunub.

Qeyd olunub ki, istər penitensiar müəssisələrə, istərsə də müvəqqəti saxlama yerlərinə baxışlar zamanı həm məhkumların, həm də saxlanılan şəxslərin öz dini ibadətlərini yerinə yetirməsi üçün yaradılan şərait daim diqqətdə saxlanılıb: "Məhkumların mənəvi-əxlaqi yanaşma yolu ilə islah edilmələri və bu məqsədlə dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin həmin müəssisələrə dəvət olunması məqsədəmüvafiqdir.(report)