Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində 10 m² sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.