Bakıda 17 yaşlı qız dənizə düşüb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.