"Avropa Şurası Azərbaycanda islahatların aparılması üçün hər zaman dəstək verməyə hazır olub".
Unikal.org report-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AŞPA-nın tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın əsas məzmununu təhrif etməyə çalışanlar var.