Milli Məclis "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrini müzakirəyə çıxarır.
Unikal.org-un xəbərinə görə, qanun layihələri parlamentin mayın 1-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.