Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diaspora Komitəsindəki maliyyə pozuntularından danışıb. Onun bu çıxışından sonra Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimov maliyyə pozuntusuna yol verilmədiyini deyib.
Nazim İbrahimovdan sonra qardaşı Hacı İbrahim İbrahimov Unikal.org-a açıqlamasında deyib ki, komitədə ciddi maliyyə pozuntusu olmayıb: O da Ramiz Mehdiyevin ağsaqqal olduğunu və qardaşının maliyyə yeyintisinə yol vermədiyini israrla dilə gətirib: "Nazim İbrahimov nəyə görə həbs edilməlidir ki? Boş söhbətlərdir. O bədbəxtin büdcəsi var idi ki, yeyinti də edə?!.
Daha sonra Hacı İbrahim ölkə başçısının qardaşı ilə bağlı sərəncamını sayğı ilə qarşıladığını dilə gətirib:
"Biz, cənab Prezident İlham Əliyevin Nazim İbrahimovla bağlı sərəncamını da hörmət və sayğı ilə qarşılayırıq. Vəzifəyə təyin edən də, çıxaran da ölkə başçısıdır.