Anamın qızılları banka təhvil verilib. Vərəsə təyin olunana qədər bankda saxlanılacaq. Vərəsə kim olsa, qızıllar ona veriləcək.
Unikal.org xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov səsləndirib: "Ev və maşın isə özümdədir. Bunu həmin binanın komendantı, qonşular da təsdiqləyə bilərlər. Bilirsiniz, dünya malıdır, bu gün var, sabah yoxdur".
Xatırladaq ki, İlhamə Quliyeva fevralın 25-də vəfat edib.