"Əhali qrupuna daxil olan abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir".
Unikal.org-un məlumatına görə, bunu "ASAN xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmlinin "Elektron hökumətlə bağlı "Azərişıq ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qanunda bu müddət 15 gün müəyyən edilib: "Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".
"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib: "Hazırda Nazirlər kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".