Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni rəis təyin edib.
Unikal.org yeni rəisin kimliyini araşdırıb.
Məlum olub ki, Əskər Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib.
1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.
2003-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb.
2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində çalışıb.
2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədridir.
Ailəlidir, 1 qızı və 1 oğlu var.