Şəkidə 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un APA-ya istinadən xəbər verir ki, aprelin 27-i axşam saat 20:00 radələrində Şəki şəhəri, Pişnamazadə küçəsi, ev 9 ünvanında yaşayan 1928-ci il təvəllüdlü Lətafət Əbülfəz qızı Əhmədova travmatik şok vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstənanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 90 yaşlı Lətafət Əhmədovanın yaşadığı evdə pilləkəndən yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Həkimlərin səyinə baxmayaraq Lətafət Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb. Lətafət Əhmədova xəstəxanya daxil olduqdan bir qədər sonra ölüb.


Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.