Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, "KaMAZ markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi "Mercedes markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb.

Hər iki meyit morqa gətirilib. Faktla bağlı araşdırma aparılır.