Xaçmazın "Bakı prospektində 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Xaçmaz şəhər sakinləri, 1974-cü il təvəllüdlü İmamverdiyeva Şəlalə Baba qızı, 1965-ci il təvəllüdlü Əliyeva Gülçöhrə Mehdi qızı, 1960-cı il təvəllüdlü Bünyadova Xanım Ovçu qızı və 1956-cı il təvəllüdlü Mustafayeva Esmira Nuru qızı xəsarət alıb.

Xəsarət alan şəxslərin müalicəsi Xaçmaz Mərkəzi rayon xəstəxanasında davam etdirilir.