Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq.
Bu barədə unikal.org-a "Azəriqaz" İsrehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.