Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abraamyan həbs edilib.
Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin İstintaq Komitəsinin rəsmisi Sona Truzyan, Abraamyanın Komitənin Baş hərbi istintaq idarəsində araşdırılan cinayət işi çərçivəsində həbs olunduğunu deyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan ordunun yüksək vəzifəli generallarını işdən qovmuşdu. Onlar Qarabağdakı məlum aprel müharibəsində məğlubiyyətə gətirib çıxarmış səhlənkarlığa və döyüşə lazımi hazırlıq görülməməsinə görə cəzalandırılıblar.
Yeri gəlmişkən, ekspertlər prosesin davamlı olacağını bildirirlər.