Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Masallı-Boradigah yolunda "Nissan Tiida" markalı minik avtomobili yolu keçməyə çalışan 20 yaşlı oğlanı vurub.
Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.