Vətəndaşlar əmək haqları bir neçə gün yubandığına görə kreditlərini müəyyən edilən gün qaytara bilmirlər. Belə olanda əsas borcun üzərinə faiz hesablanmağa başlayır. Maaşların yubanması işəgötürən tərəfindən qaynaqlandığına görə vətəndaşa hansısa güzəşti getmək olarmı?
Bir çoxları onlardan asılı olmayan səbəblərə görə kreditlərini vaxtında qaytara bilmirlər. Belə hallardan biri də əmək haqqının yubanmasıdır.
Bu məsələ maaşların yubanmasına görə bankların güzəştə gedib getməməsini aktuallaşdırır. Görəsən vətəndaşdan qaynaqlanmayan səbəbə görə əsas borcun üzərinə faizləri hesablamaq nə dərəcədə düzgündür? Qanunvericiliyə görə bununla bağlı banklara hansısa göstəriş vermək olmaz
Belə vəziyyətlə üzləşən vətəndaşlar banka ərizə ilə müraciət edə bilərlər.
Unikal.org xezerxeber.com-a istinadən xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən bankların bir neçəsi bu yolla vətəndaşlara güzəştə gediblər. Sözügedən güzəştlər müştərilərin vəziyyətini yaxşılaşdırmaqla yanaşı, banklar üçün də sərfəlidir.