Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında "Müdafiənin planlaşdırılması və hərbi strategiya mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) "Anadolu Ankası - 2018 təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) "Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu və Potsuolli şəhərində (İtaliya) "Tibbi dayanıqlıq üzrə seminarda iştirak edirlər.