Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi "Mercedes markalı avtomobili beton yol ayrıcısına vurub. Nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.