İraqın baş naziri Heydər əl-İbadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İraq xalqı və hökuməti adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Cənab Prezident, Sizə işlərinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına davamlı inkişaf və sabitlik arzulayıram".