Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peÂşəÂkarÂlığı sayəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərÂhəÂdiÂnin pozulmasının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən unikal.org-a bildirilib ki, Xidmətin "Şəmkir sərhəd dəstəsinin xidÂməti ərazisində Ağstafa rayonunun SaÂdıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövÂlət sərÂhəÂdini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.
Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan istiÂqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin HinÂdisÂtan vətəndaşları - 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəlÂlüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları - 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyənləşib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 PaÂkistan rupisi aşkarlanıb.
Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələÂriÂnə getmək məqsədilə dövlət sərhədini pozÂÂaraq, Gürcüstan ərazisinə keçÂməyə cəhd göstərmələri müəyyənləşib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.