Hadisə Ramana qəsəbəsi ərazisində baş verib. Belə ki, 136 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qadın sərnişinin ürəyi dayanıb.

Unikal.org xəbər verir ki, avtobus hərəkətdə olan zaman Ucar rayon sakini 1990-cı il təvəllüdlü Məmmədova Xəyalə Nizam qızının ürəyi dayanıb və o yerə yıxılıb.

Qadın sərnişinlərin köməkliyi ilə avtobusdan düşürdülüb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. (İnterpress)