Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva facebook-da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.