Türkiyənin şərq bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 21:08-də qeydə alınan yeraltı təkanların episentri Bayburt şəhərindən 36 km cənub-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.