Rusiyanın Su-30SM hərbi təyyarəsi Suriyanın Lazakiya əyalətində qəzaya uğrayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə əyalətin Ceble şəhərində qeydə alınıb.

Təyyarə Aralıq dənizinə düşüb, nəticədə göyərtədəki iki pilot ölüb.

Qəzaya səbəb olaraq mühərrikə quşun düşməsi ehtimal edilir.

Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.