Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, â„– 11, maddə 968; 2009, â„– 2, maddə 68; 2017, â„– 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

- 3-cü hissədən ", sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini" sözləri çıxarılır;

- 4.2-ci bənddə "müvafiq ərazi dövlət baytarlıq müfəttişinə" sözləri "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə" sözləri ilə əvəz edilir;

- 6-cı hissədə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri" sözləri "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" sözləri ilə əvəz edilir.

Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.