Rusiyanın tanınmış videoblogeri Pavel Makuşin qətlə yetirilib.

Unikal.org teleqraf-a istinadən bildirir ki, "Yutub" portalında "Kriptaç" kanalını idarə edən blogerin meyiti Peterpurqun Solidarnosti prospektində yerləşən mənzilində aşkarlanıb.

Makuşinin intihar etdiyi bildirilir. Blogerin anası oğlunun külli miqdarda borcunun olduğunu deyib.

2018-ci ilin əvvəlində oğrular onun mənzilindən 25 milyon rubl pulunu oğurlamışdı.

Qeyd edək ki, Pavel Makuşin "Kriptaç" kanalında maliyyə birjaları haqqında videoçarxlar hazırlayırdı.