Almaniyanın Lubmin şəhərində "Şimal axını-2 qaz borusunun sahilə çıxarılacağı ərazidə tikinti meydançasının hazırlanmasına başlanılıb. 

Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə layihənin operatoru olan "Nord Stream 2 AG şirkətindən bildirilib.

Məlumata görə, qeyd olunan proses borunun sahilə çıxacağı ərazinin təmizlənərək montaj işlərinə hazırlıq tədbirlərinin görülməsini və inzibati tikililərin inşasının başa çatdırılmasını nəzərdə tutur.

Şirkət nümayəndəsinin sözlərinə görə, tikinti işləri razılaşmalara uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, "Şimal axını-2 qaz borusu layihəsi ümumi gücü 55 mlrd. kubmetr olacaq iki boru xəttinin inşasını nəzərdə tutur. Borular Rusiyadan Almaniyadək Baltik dənizinin dibi ilə hazırkı "Şimal axını boru xətti ilə yanaşı çəkilir.

Rusiyanın "Qazprom şirkəti "Nord Stream 2 AG-ın yeganə səhmdarıdır. Layihəyə sərmayələrin yarısı "Shell, "OMV, "Engie, "Uniper və "Wintershall şirkətləri (hərəsi 950 mln. dollar) tərəfindən yatırılır. Xərclərin 50 faizini isə (4,75 mlrd. avro) "Qazprom öz üzərinə götürüb.

Layihənin ümumi dəyəri 9,5 mlrd. avro təşkil edir.