Bakıda yol polisi yolda qalmış sürücüyə kömək edib.

Unikal.org xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, maşın sahil metrosunun yanına xarab olub. Bu da pik saatda baş verdiyi üçün yolda tıxac yaranıb. Yaranan tıxacı aradan qaldırmaq və sürücüyə kömək etmək üçün polis sahil metrosundan Kukla teatrına qədər nasaz maşını heç kimin köməyi olmadan, təkbaşına itələyib, kənara çəkməyə çalışıb.