Heydər Əliyev prospektində təmir işlərinə görə Sabunçu körpüsündə tıxac yaranıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. 

Bildirib ki, ötən gün təmir işləri ilə əlaqədar olaraq yolda hərəkət qismən məhdudlaşdırılıb. Nəticədə tıxac yaranıb. Tıxacda qalan təcili yardım maşınının köməyinə yolda təmir işləri aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gəlib. Onlar yoldakı maneələri aradan qaldıraraq təcili yardım avtomobilinə kömək ediblər. 

Həmin görüntüləri təqdim edirik: