Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 5-6-da keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədi ilə Banqladeşin paytaxtı Dəkkəyə yola düşüb. 

Bu barədə unikal.org-a XİN-dən məlumat verilib. Sessiyada E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.