Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.
Unikal.org xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
***11:12
Azərbaycan prezidenti İlham Əliyev "Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.
"Azərxalça Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib.
Azərbaycan prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
***11:17
Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və "Azərsu Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
Unikal.org-un məlumatına görə, "Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.