Hindistanın Telinqan və Andhra Pradeş ştatlarında leysan yağışlar azı 10 nəfərin ölümünə səbəb olub.
 
Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti yazıb. Leysan yağışları düzənlik ərazilərdə yerləşən bir neçə kəndi su altında qoyub, bunun ardınca başlayan dolu isə düyü sahələrinin böyük hissəsini məhv edib. Güclü külək ağacları köklərindən qoparıb, elektrik dirəklərini aşırıb. Xatırladaq ki, Hindistanın şimalında da oxşar vəziyyət yaşanır. Bir neçə gündür davam edən güclü qum fırtınası və leysan yağışları nəticəsində, təxminən, 130 nəfər ölüb.