Egey dənizində Türkiyə ilə Yunanıstanın gəmiləri toqquşub.

Unikal.org  Türkiyə mediasına istinadən xəbər verir ki, "Karmate adlı ticarət gəmisi Yunanıstanın hərbi gəmisinə çırpılıb. Toqquşma nəticəsində ölən və yaralanın olmadığı bildirilir.

Qəzadan sonra Türkiyə gəmisi geriyə qayıdıb. Yunanıstan mediası heç bir itki yaşanmamasının səbəbini özlərinə məxsus gəminin kapitanının vaxtında cəld tərpənişi ilə əlaqələndirib.

Hadisədən sonra Afinada təhlükəsizlik tədbirləri ilə bağlı iclaslara başlanılıb.