Misirin İsgəndəriyyə şəhərində dördmərtəbəli bina çöküb.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Qeyd olunur ki, qəzalı vəziyyətdə olan bina yerli banklardan birinə məxsus imiş. Hadisə yerinə yeddi təcili tibbi yardım maşını cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.