İmişlidə əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə götürülüb.
DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Akif Cəlal oğlu Şirinovun yaşadığı evdən ümumi çəkisi 18,570 qram narkotik vasitə olan heroin aşkar edilib.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.