Aydın əyalətinin Didim rayonunda məşhur 5 ulduzlu otelin dənizə çıxan beton hissəsi çöküb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə baş verdiyi əraziyə polis, tibb işçiləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, uçqun baş verərkən yaralanan 8 nəfərin bir qismi betonun altında qalıb, digər qismi isə dənizə düşüb.