Müğənni Könül Kərimova boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org axsam.az-a istinadən məlumatına görə, ifaçı "10-dan sonra" verilişində bu iddiaların əsassız olduğunu deyib:
"Bizim boşanan vaxtımız deyil. 25 ildir ailəliyik. İndi mənim oğluma elçi gedən vaxtımdır.
Bu günə kimi xoşbəxt yaşamışıqsa, demək, bundan sonra da belə olacağıq. Allah bizə ömür boyu birlikdə yaşamağı, qocalmağı nəsib etsin".