Şəmkir-Gədəbəy avtomobil yolunda maşın aşıb, xəsarət alanlar var.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkirin Qasımalılar kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106 markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.