Parisdə Fransa prezidenti Emmanuel Makrona qarşı keçirilən yürüşdə 160 min insan iştirak edib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yürüşü təşkil edən "Fəth edilməmiş Fransa" partiyası öz "Twitter" səhifəsində yazıb.

Məlumatda deyilir: "Biz 160 minik! Bu çox gözəldir! Fəth edilməmiş xalq küçələrdədir".