Yeni Zelandiyadakı fermalardan birində dərinliyi altımərtəbəli bina və uzunluğu iki futbol meydançası boyda olan nəhəng çat əmələ gəlib.

Unikal.org xəbər verir ki, Rotorua yaxınlığında meydana gələn çat bir neçə gün davam edən leysan yağışlardan sonra yaranıb.

"Tomo adı almış çatın yerləşdiyi fermanı idarə edən Kolina Termeyn bildirdiyinə görə, onun aprelin 30-da meydana gəldiyini güman olunur. Çatın uzunluğu 180 metrə, eni və dərinliyi isə 20 metrə bərabərdir.

"Tomo çatı alimlərin də böyük marağına səbəb olub. Çatın sonuncu dəfə 60 min il bundan əvvəl püskürmüş qədim vulkan kraterinin üzərində yerləşdiyi bildirilir.