Alimlər baş beynin maraqlı xüsusiyyətini aşkarlayıblar. Bu xüsusiyyət bizi bəzi anlarda çox qəşəng görünməyimiz qənaətinə gəlməyə yönəldir. Ümumiyyətlə, bu illüziya səbəbindən insan öz gözünə daha kök və ya qamətli görünə bilər. Bu barədə "Medical Express yazır.
Unikal.org azertac-a istinadən xəbər verir ki, beyin reallığın maksimal dəqiq vəziyyətini almaqdan, baş verən dəyişiklikləri korrektə etməkdən ötrü keçmişdə və indi alınan məlumatları qarışdırır. Qərbi Avstraliyada aparılan tədqiqatlara görə, bu, öz vücudunu dəyərləndirmədə baş verir. Lakin dəyərləndirmə dəqiq olmaya da bilər.
Bu fenomeni araşdırmaq qərarına gələn ekspertlər 103 könüllü qadından ibarət qrup toplayıblar. Onlara müxtəlif qadın bədəninin (köklükdən tutmuş çəki azlığınadək) rəsmlərini göstəriblər. Könüllülər xüsusi proqramdan istifadə edərək rəsmlərdəki bədənləri dəyərləndiriblər.
Məlum olub ki, dəyərləndirməyə könüllülərin bu vaxtadək gördükləri bədən quruluşu təsir edib. Praktikada insana elə gələ bilər ki, o, kök deyil, əksinə qamətlidir. Sadəcə olaraq, beyin hələ də "xoş zamanları yadda saxlayır.
Qeyd edək ki, məlumatı "MedDaily saytı yayıb.