Günorta saatlarında Qazaxıstanda 5,5 maqnituda gücündə zəlzələ baş verib.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Respublika Təhsil və Elm Nazirliyinin Seysmoloji Təcrübi-metodika ekspedisiyası məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Alma-Atıdan 321 km şimal-şərqdə qeydə alınıb.