Mayın 6-sı səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin şimalda yerləşən hərbi hissələrindən birinin müdafiə məntəqəsinin döyüş mövqeyində hərbçi ölüb.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü hərbi qulluqçu Levon Arsenoviç Torosyanın başında odlu silah yarası aşkar edilib.

Hadisənin səbəblərinin araşdırılması məqsədi ilə istintaq aparılır.