Çində mikroavtobusun çaya yuvarlanması nəticəsində 8 nəfər ölüb, bir nəfər itkin düşüb. 

Unikal.org xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb. Hadisə Çinin cənubunda Quansi-Çjuan muxtar rayonunun Tsanu şəhərində baş verib. Mikroavtobusda 9 nəfər olub. 

Avtomobilin yoldan çıxaraq çaya yuvarlanması səbəbi hələ ki, məlum deyil.